DİQQƏT! DİN-dən bu şəxslə bağlı əhaliyə MÜRACİƏT VİDEO

DİQQƏT! DİN-dən bu şəxslə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

DİN-ə elan saytlarında nüfuzlu şirkətlərdə vakansiyaların olduğu barədə saxta elanlarının verildiyi və müraciət edən şəxslərin pullarının xüsusi kart əməliyyatları vasitəsilə ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub.

 

Sfera.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarət götürülərək araşdırılıb. Həyata keçirilən əməliyyat-texniki və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirən əvvəllər məhkum olunmuş Cəmil Bəbirov saxlanılıb.


Müəyyən edilib ki, Cəmil Bəbirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün 51, sağlamlıq haqqında tibbi arayışın verilməsi üçünsə 17 manat pulun müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb edib. Daha sonra saxlanılan şəxs kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıb. Bank kartlarındakı pul vəsaitlərini işə düzəltmək adı altında ələ keçirən C.Bəbirov bu müddət ərzində ona müraciət edən şəxslərə 100 min manatdan artıq maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

Cəmil Bəbirov ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir.

 

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...