Logo

Azərbaycan çempionu vəfat etdi - FOTO

Azərbaycan çempionu vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Latviya millisinin sabiq futbolçusu Andrey Rubin vəfat edib.

Sfera.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Qarabağ” və “Simurq”da oynamış yarımmüdafiəçi 44 yaşında ölüb.

Latviya millisi ilə AVRO-2004-ün iştirakçısı olan Rubinin son iş yeri “Oqre” idi. O, bu klubun məşqçisi kimi çalışıb.

Rubin 2008-10-cu illərdə “İnter”, 2010-11-ci illərdə “Qarabağ”, 2011-12-ci illərdə “Simurq”da forma geyinib. O, 2009/10 mövsümündə Premyer Liqanın çempionu adını qazanıb.

Qeyd edək ki, Latviyada “Auda”, “Skonto”, “Metallurq”, İsveçdə “Ester”, Rusiyada “Spartak”, “Şinnik”, İngiltərədə “Kristal Pelas” klublarında oynamış yarımmüdafiəçi karyerasını Zaqatala təmsilçisində başa vurub.

Azərbaycan çempionu vəfat etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR