Logo

Qardaşı qatil olan Aygünün yalanı üzə çıxdı , toyda elə oxudu ki ... - ÖZƏL VİDEO

Qardaşı qatil olan Aygünün yalanı üzə çıxdı, toyda elə oxudu ki... - ÖZƏL VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son günlər qardaşının qatil olması xəbərləri ilə gündəmdən düşməyən əməkdar artist Aygün Bəylər toy məclislərinin birində konsert verərkən görüntülənib.
İfaçı avqustun 31-i Mərdəkanda yerləşən restoranlardan birində əlinə mikrofon alıb, oxuyub. Sənətçi sözügedən məclisdə canlı konsert proqramı ilə çıxış edib.

Yerli mətbuatda müğənninin Bakıda olmaması ilə bağlı xəbərlər yer alsa da, yayılan video görüntü müğənni Aygün Bəylərin hələ də Azərbaycanda olduğunu sübuta yetirib.

Qeyd edək ki, avqustun 30-da Daxili İşlər Nazirliyi (DİN) Əməkdar artist Aygün Bəylərin qardaşı və digərlərinin törətdiyi qətl hadisəsi barədə məlumat yayıb.

Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur Əsirov tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.

Sfera.az sonxeber.az-a istinadən sözügedən məclisdən video təqdim edir:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR