Azərbaycanda tamaşaçılar ən çox hansı teatrlara gedir? - ADLAR

Azərbaycanda tamaşaçılar ən çox hansı teatrlara gedir? - ADLAR

Ötən il Azərbaycanda teatrlara 139,6 min, kinoteatrlara 430 min tamaşaçı gəlib.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı rəsmi məlumatlara istinadən Fərid Mehralızadə paylaşıb.


Məlumatlardan aydın olur ki, il ərzində Sumqayıt və Gəncə teatrlarına Bakıdakı əksər teatrlardan daha çox tamaşaçı gəlib. Nəzərə alsaq ki, Sumqayıt və Gəncə əhalisinin sayı paytaxt əhalisinin sayından xeyli azdır, bu halda Bakıda teatrlara marağın daha az olduğu görünür.


2021-ci ildə ən çox tamaşaçı qəbul edən teatrlar isə bunlardır:


- Kukla teatrı – 16 200
- Sumqayıt Dövlət Musiqili Dram Teatrı – 16 000
- Gəncə Dövlət Kukla Teatrı – 15 100
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – 11 600
- Azərbaycan Dövlət Opera və Balet Teatrı – 9 300
- Rus dram teatrı – 9 000


2021-ci ildə Azərbaycan teatrlarında 1 224 tamaşa səhnələnib və bu tamaşalara toplam 139 600 tamaşaçı gəlib. Hər tamaşada ortalama 114 tamaşaçı olub. Bir tamaşada ortalama ən çox tamaşaçı iştirak edən teatrlar isə Gəncə Dövlət Dram Teatrı (311) və Mingəçevir Dövlət Dram teatrıdır (292).


Ötən il filarmoniyalarda toplam 66 konsert keçirilib. Bu konsertlərə 28 700 tamaşaçı gəlib. Yəni, filarmoniyalardakı hər konsertdə ortalama 435 tamaşaçı iştirak edib.
2021-ci ildə Azərbaycandakı kinoteatrlarda 40 300 kinoseans qeydə alınıb. İl ərzində ölkədə kinoseanslarda 430 000 tamaşaçı iştirak edib.


Pandemiyadan öncə bu rəqəm 1,6 milyon idi.


Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...