“Suriyada, Ukraynada çəkilən materialları yayırlar ki...” – MN-ni xəbərdarlığa məcbur edən səbəblər

“Suriyada, Ukraynada çəkilən materialları yayırlar ki...” – MN-ni xəbərdarlığa məcbur edən səbəblər

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib. Bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib:

 

“Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır. Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir. Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq”.

 

Xatırladaq ki, bu yaxınlarda Baş Prokurorluq da ordu ilə bağlı qeyri-dəqiq informasiyaları yayanlara xəbərdarlıq etmişdi. Maraqlıdır, bu çağırışlara nə üçün məhəl qoyulmur? Ölkə daxilində orduya aid əsassız informasiyaların yayılması və əhali arasında təşviş yaratmaq istəyən hansısa qüvvələr var?

 

Sualımızı cavablandıran ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Sfera.az-a açıqlamasında söyləyib ki, Azərbaycan hazırda hibrid müharibə şəraitindədir.

Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində  düşmənin itkiləri daha çoxdur - AZƏRTAC

 

Onun sözlərinə görə, İkinci Qarabağ savaşında qalıb gəlsək də, informasiya sahəsindəki müharibəmiz davam edir: “Rəşadətli ordumuz Vətən müharibəsində qələbə çalıb və ərazi bütövlüyümüz bərpa olunub. Lakin son zamanlar düşmənin istər sərhəddə, istərsə də sülhməramlıların müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində təxribatlarının intensivliyi informasiya sahəsində də müəyyən bir aktivliyə gətirib çıxarıb. Sosial şəbəkələrdə və digər informasiya məkanlarında mənbəyi bilinməyən məlumatlar yayılır, bəzi məlumatlar da sırf azərbaycanlı soyadları ilə verilir. Hazırda bir çox ölkədə olduğu kimi, Azərbaycanda da hibrid müharibəsi hökm sürur. Bu müharibədə məhz informasiyalardan istifadə edərək cəmiyyətə təzyiq göstərmək mexanizmindən ibarətdir. Son zamanlar da buna şahid oluruq”.

 

Ekspert bildirib ki, Azərbaycan Ordusunun bütün əməliyyat şəraiti tam nəzarət altındadır, orduda böyük islahatlar aparılır, Ali Baş Komandan İlham Əliyev ordumuzun Türkiyə modelinə keçməsi üçün göstərişlər verir:

 

“Belə olduğu halda mütəmadi olaraq köhnə video və yaxud foto materiallardan istifadə edirlər, hətta bəziləri başqa yerlərdə-Suriyada, Ukraynada çəkilən materiallardır. Məhz bu materialların da guya Azərbaycana aid olduğunu göstərməyə çalışırlar. Təbii ki, bu da hibrid müharibənin göstəricilərindən biridir. Əlbəttə, mülki şəxslər, sosial şəbəkə istifadəçiləri, hərbi sahədə məlumatı olmayanlar bu görüntülərin təzəlikcə baş verdiyini düşünürlər. Son zamanlar bu məsələ ilə bağlı həm Baş Prokurorluq, həm də Müdafiə Nazirliyi çağırışlar edir. Azərbaycan Ordusu bağlı bir qurumdur. Necə ki, hərbi hissələrdə nəzarət güclüdür, yəni giriş-çıxış məhduddur, o cümlədən ordunun apardığı fəaliyyət ilə bağlı gizli məlumatların sızdırılmasına yol verilməməlidir. Hərbi hissələrdə smartfon tipli telefonlardan istifadəyə icazə verilmir. Ordumuzla bağlı lazım olan məlumatlar cəmiyyətə Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsilə verilir. Nazirliyin mətbuat xidməti də lazım olan formada gizliliyi saxlayaraq real məlumatı cəmiyyətə çatdırır. Fikrimcə, mətbuat xidmətindən başqa kimlərinsə öz fikirlərini əks etdirən məlumatı yaymaq düzgün deyil, buna qanunvericilikdə müəyyən formada nəzarət olunur. Ümumiyyətlə, Azərbaycan Ordusunun qırmızı xətti var, o xətti keçmək olmaz. Vətəndaş mövqeyi olmalıdır, həmçinin bu işə nəzarət edən orqanlar qırmızı xətti keçən məlumat olarsa, dərhal reaksiya verməlidirlər. Hazırda cəmiyyət çox narahatdır, yalan məlumat yaymaq, ümumiyyətlə, ordunun hansısa zabitləri, texnikası, təyyarələrinin uçuşları və.s məlumatları nazirliyin mətbuat xidmətindən başqa kiminsə yaymaq ixtiyarı yoxdur. Sosial şəbəkə istifadəçiləri anlamalıdır ki, Vətən müharibəsində olduğu kimi, informasiya müharibəsində də qələbə çalmalı, belə məlumatların yayılmasına yol verməməliyik!”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...