20 yanvar faciəsinin təşkilatçısı öldü - Əmri verənlərdən biri o olub
Kateqoriya məlum deyil
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sonuncu sədri, Vadim Bakatin 84 yaşında Moskvada vəfat edib. Bu barədə Rusiyanın NTV Teleqram kanalı məlumat yayıb.
Sfera.az xəbər verir ki, o, 1991-ci ilin 29 avqust-3 dekabr dövründə DTK-ya rəhbərlik edib. Bakatinin dövründə DTK bir neçə müstəqil xüsusi xidmət orqanına bölündü.
DTK-ya sədr təyin edilənə qədər isə Bakatin SSRİ-nin daxili işlər naziri idi. Bakatin bu vəzifədə 1988-1991 illərdə çalışıb.
Qeyd edək ki, V.Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.
Vasif
Sfera.az






