Logo

Omikronu “yay virusları”ndan necə fərqləndirək? - Həkim açıqladı

Omikronu “yay virusları”ndan necə fərqləndirək? - Həkim açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirusun “Omikron” ştammı, bağırsaq virus infeksiyalarından fərqli olaraq, boğaz ağrısı və öskürəklə müşayiət olunur.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.

Onun sözlərinə görə, yay özü ilə bir sıra infeksion xəstəliklər gətirir.

“Bunlar müxtəlif bağırsaq viruslarıdır – enterovirus, rotavirus, norovirus və s. Əgər xəstəlik ürəkbulanma, qusma, bağırsaq pozğunluğu və yüksək hərarət şəklində özünü göstərirsə, çox güman ki, bu, bağırsaq virus infeksiyasıdır”, – deyə Timakov izah edib.

Mütəxəssis əlavə edib ki, əgər bu əlamətlərə öskürək, asqırma, boğaz ağrısı əlavə olunursa, deməli, insan, çox güman ki, “Omikron”a yoluxub.

Bununla belə, həkim COVID-19-u simptomlarla müəyyənləşdirməyi məsləhət görməyib və dəqiq diaqnozun yalnız PZR testi ilə müəyyən edildiyini vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR