Hər il Bakıda “shopping festival” keçiriləcək
Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının ("shopping festival”) hər il keçirilməsini təmin etmək tapşırılıb.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında ("shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.
Həmçinin Nazirlər Kabinetinə 2017-ci il və növbəti illər üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsində Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında ticarət festivallarının ("shopping festival”) keçirilməsi ilə bağlı tələb olunan vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.






