Logo

Milli Yaylaq Festivalının ikinci günü maraqlı anlarla yadda qaldı - FOTOLAR

Milli Yaylaq Festivalının ikinci günü maraqlı anlarla yadda qaldı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 29-31-də keçirilməsi nəzərdə tutulan II Milli Yaylaq Festivalının ikinci günü də maraqlı anlarla yadda qalıb.

Sfera.az xəbər verir ki, Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin, Turizm Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir.

Xan yaylağının ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərir.

Xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri festival iştirakçıların zövqünü oxşayıb.

Festivala bu gün Gənclər və İdman naziri Fərid Qayıbov da qatılıb. Nazir qaliblərə mükafatlarını təqdim edib.

Möhtəşəm festivalın ikinci günündən ən maraqlı anları təqdim edirik:

Fotolar: ANAR BAYRAMLI

Sfera.az

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR