Azərbaycanda əlverişli aviareyslər təşkil olunacaq
Kateqoriya məlum deyil
Azərbaycanda turistlərin cəlb edilməsi məqsədilə əlverişli yeni beynəlxalq aviareyslər açılacaq.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda qeyd edilib.
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.






