Logo

"UEFA ölür türk komandalarını cərimələmək üçün" - Aqil Abbas

"UEFA ölür türk komandalarını cərimələmək üçün" - Aqil Abbas
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Böyük bir hadisə olmayıb. Ukraynanın oyunçusu (“Dinamo”nun (Kiyev) futbolçusu - red.) axmaqlıq elədi, fanatları qızışdırdı. Elə şey olar, buna görə komandanı çempionatdan çıxarsınlar?! Futbolu siyasətə qatmasınlar”.

Sfera.az xəbər verir ki, bunu Yeniavaz.com-a açıqlamasında deputat Aqil Abbas deyib.

“Türkiyə futbol fanatları həddindən artıq çılğındırlar. Olub, deyiblər, qutarıb gedib də. UEFA belə şeylərlə bağlı həmişə türk komandalarına qarşı sərtdir. Araşdırsın da, nə demişəm?! “Putin” demişəm, “müharibə” deməmişəm ki. Deyiblər də, səhv eləyiblər. Araşdırsınlar, cərimə eləyəcəklər də. Ölürlər türk komandalarını cərimə eləmək üçün.

Rusiyanı niyə futboldan çıxarıblar? Belə şey olar? Futbolçular da müharibə eləyir? Rusiya komandalarının Avropa çempionatlarından uzaqlaşdırılması qətiyyən düz deyil. Futbol siyasətdir? Görmürsən, hakimlər bizim komandalara qarşı nə şərəfizliklər eləyirlər?!”, - deputat əlavə edib.

Qeyd edək ki, iyulun 27-də Türkiyənin İstanbul şəhərində Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşan “Fənərbağça” klubunun azarkeşləri Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko da məsələ ilə bağlı münasibət bildirib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının II təsnifat mərhələsinin “Fənərbağça” - “Dinamo” (Kiyev) matçında türkiyəli futbol azarkeşlərinin davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR