“Neftçi” möhtəşəm qələbə ilə növbəti mərhələdə - YENİLƏNİB
“Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə “Aris”lə üz-üzə gəlib.
Sfera.az xəbər verir ki, paytaxt təmsilçisi səfərdə 0:2 uduzduğu rəqibinə 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
“Ağ qaralar”ın qollarını Qodsvoy Donyoh, Eddi İsrafilov və Kenni Sayef vurub. 28 iyul Konfrans Liqası 2-ci təsnifat mərhələsi, cavab oyunu 21:00.
“Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0 Qol: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 54, Kenni Sayef, 62 Baş hakim: Bastian Donkert (Almaniya) Bakı. “Bakcell Arena” İlk oyun – 0:2
***
21:15
Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Sfera.az xəbər verir ki, "Bakcell Arena"dakı görüş saat 21:00-da start götürüb.
Qarşılaşmanı Bastian Dankertin başçılıq etdiyi almaniyalı hakimlər idarə edir.
Qeyd edək ki, Kiprdəki ilk görüşdə Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.






