Logo

“Qarabağ”ın növbəti rəqibinin prezidenti azərbaycanlıdır - FOTOLAR

“Qarabağ”ın növbəti rəqibinin prezidenti azərbaycanlıdır - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayan “Qarabağ”ı qarşıda daha bir ağır sınaq gözləyir.

Sfera.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu dəfə son illərdə uğurları ilə göz oxşayan Macarıstanın “Ferençvaroş” klubu ilə üz-üzə gələcək.

Macarıstanın paytaxtı Budapeşti təmsil edən bu klub 1899-cu ildə yaradılıb. Avrokuboklarda kifayət qədər uğurlu yol cızan klub 1964-65-ci illər mövsümündə Yarmarkalar Kubokunun (hazırda Avroliqa adlanır) finalında “Yuventus”u məğlub edib kuboka sahib çıxır. Bundan sonra da “Ferençvaroş” qitə arenalarında azarkeşlərini sevindirən çıxışına davam edib.

“Qarabağ”ın növbəti rəqibinin prezidenti azərbaycanlıdır - FOTOLAR

“Yaşıl qartallar” ölkə daxilində də xeyli kuboklar qazanıb. Onlar 33 dəfə ölkə çempionu olub, 24 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Komanda oyunlarını paytaxt Budapeştdə yerləşən 22 min azarkeş tutumuna malik “Ferençvaroş Arena”da keçirir.

“Qarabağ”ın növbəti rəqibinin prezidenti azərbaycanlıdır - FOTOLAR

Bizim üçün maraqlı olan məqam isə klubun hazırki prezidentinin azərbaycanlı Qabor Qubadovun olmasıdır. Onun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır, ailəsi ötən əsrdə Azərbaycandan Macarıstana köç edib. Qabor Qubadov 1966-cı ildə paytaxt Budapeştdə anadan olub. 2006-cı ildə Macarıstan Milli Məclisinin deputatı seçilib.

“Qarabağ”ın növbəti rəqibinin prezidenti azərbaycanlıdır - FOTOLAR

Müxtəlif sahələrdə sahibkar kimi çalışan Qubadov millət vəkili seçildikdən sonra klubu almağa qərar verib. O, klubla bir çox titullar qazanıb və komandanın hazırda çıxış etdiyi arenanı da inşa etdirib.

Sergey Rebrovun gedişindən sonra isə komandaya rusiyalı təcrübəli mütəxəssis Stanislav Çerçesov baş məşqçi gətirilib.  Uzun illər Rusiya millisində işləmiş Çerçesovun rəhbərliyi altında da komanda uğurlu çıxış edir.

“Qarabağ”ın növbəti rəqibinin prezidenti azərbaycanlıdır - FOTOLAR

“Qarabağ”ın növbəti rəqibinin prezidenti azərbaycanlıdır - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR