Kamil 10 yaşlı qızının həyatını belə təhlükəyə atdı: "Xam deyil, narahatlığa səbəb yoxdur" - VİDEO

Kamil 10 yaşlı qızının həyatını belə təhlükəyə atdı:

İdmançı Kamil Zeynallı sosial şəbəkədə qızı Sahilənin yeni görüntülərini paylaşıb.

 

Sfera.az xəbər verir ki, videoda Kamilin övladının həyatına etinasız yanaşdığı kadrlar əks olunub.

 

Belə ki, idmançı "Gelandewagen" markalı bahalı və lüks avtomobilinin sükanını 10 yaşlı qızına etibar edib.

 

Həmin vaxt Kamil maşının ön oturacağında, 3 nəfər isə arxa oturacaqda əyləşib. Avtomobili idarə etməyə çalışan azyaşlı Sahilə sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyi də unutmayıb.


Kamil görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşərək bunları əlavə edib:

 

"İctimai nəqliyyatın və insanların olmadığı təhlükəsiz yerdə sürürdük. Neçə aydır qızıma avtomobil sürməyi öyrədirəm. Xam deyil, narahatlığa səbəb yoxdur. 10 yaşlı qızımın fərasəti maşallah olsun... Bir qalıb silah atmağı öyrənmək. O da tezliklə..."

 

İdmançının qızı ilə olan videosu sosial şəbəkələrdə yayılaraq xeyli müzakirələr yaradıb. 

 

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...