Logo

Azərbaycan Ordusunda döyüş hazırlığı məşğələləri keçirildi - VİDEO

Azərbaycan Ordusunda döyüş hazırlığı məşğələləri keçirildi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilıən məlumata görə, tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərinin, həmçinin tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR