Logo

Gömrüyün yeni sədri generalı işdən çıxardı - FOTO

Gömrüyün yeni sədri generalı işdən çıxardı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi təqaüdə göndərilib.

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, xidmətin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Gömrüyün yeni sədri generalı işdən çıxardı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR