Logo

Türkiyə “Pəncə-İldırım” əməliyyatında 5 şəhid verdi - FOTO

Türkiyə “Pəncə-İldırım” əməliyyatında 5 şəhid verdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə ordusunun “Pəncə-İldırım” əməliyyatında daha dörd şəhid verib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabında açıqlama verib.

“Pəncə-İldırım” əməliyyatında terrorçuların hücumu nəticəsində qəhrəman əsgərimiz Remzi Nişanla, qəhrəman “güvenlik korucuları”mız (yerli təhlükəsizlik dəstələrinin üzvləri – red.) Bülent Vermez, Kemal İmece, Avdi Demir, Veysi Sebik şəhid olublar. Şəhidlərimizə allahdan rəhmət, ailələri və əziz millətimizə başsağlığı diləyirəm”, - deyə nazir bildirib.

Türkiyə “Pəncə-İldırım” əməliyyatında 5 şəhid verdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR