Vətən müharibəsi iştirakçısı İTKİN DÜŞDÜ

Cəmiyyət
18:25 / 25.07.2022
16580
Neftçala rayon sakini Abşeronda itkin düşüb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini olan Cavid Bədəlovun Xırdalan şəhərində yaşayırmış və orada itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, fakt nəzarətə götürülüb və Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir: "Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib, onun tapılması üçün zəruri tədbirlər görülür".Cavid Bədəlov Vətən müharibəsinin iştirakçısı olub.