ŞAD XƏBƏR: Əkin və məhsul subsidiyalarının məbləği artırıldı
Aqrar Subsidiya Şurası 2022-ci il üzrə əkin və məhsul subsidiyalarının məbləğini artırıb.
Kənd Təsərrüfatı Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 22 iyul 2022-ci il tarixli iclasında mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə 2022-ci il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının artımı və yekun əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:






