Logo

2 il əvvəl törədilən cinayətin üstü açıldı - RƏSMİ

2 il əvvəl törədilən cinayətin üstü açıldı - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda 2 il əvvəl törədilən ağır cinayətin üstü açılıb.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, 2020-ci il oktyabrın 11-də Hövsanda qətlə yetirilmiş Rüstəm Bayramovun qatilləri tapılıb.

İstintaq nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov tutularaq istintaqa təhvil verilib.

R.Feyziyev və T.Ələkbərov isə Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR