Azərbaycanda polis mayoruna VƏZİFƏ VERİLDİ
Kateqoriya məlum deyil
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Sfera.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru İlkin Hüseynov Ağdaş Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəl Zaqatala RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.(Oxu.Az)






