Sabiq ABŞ rəsmisi: "Sən nə etdin, Corc Dik, hamı Təbriz barədə oxuyur" - FOTOLAR
"Bax, gör sən nə etdin, Corc Dik! Hamı Təbriz barədə oxuyur".
Sfera.az bildirir ki, bunu sosial şəbəkədə ABŞ-ın sabiq prezidenti Corc Buşun dönəmində Müdafiə Nazirliyinin aparat rəhbərinin müavini olmuş Maykl Doran yazıb.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə ilə bağlı paylaşım etmişdi
Bu barədə səfir Twitter hesabında yazmışdı:
"Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?"

İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib.
"Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!", - A.Musəvi "Twitter" səhifəsində yazıb.

İranlı səfirin bu cür aqressiv tviti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.






