Logo

Qod Nisanov Portuqaliya vətəndaşlığı almaq üçün müraciət edib – İDDİA

Qod Nisanov Portuqaliya vətəndaşlığı almaq üçün müraciət edib – İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov və israilli iş adamı Lev Levayev Portuqaliya vətəndaşlığı üçün müraciət ediblər və hazırda cavab gözləyirlər.

Sfera.az xəbər verir ki, bu iddia ilə “Politico” nəşri çıxış edib.

“Reuters” isə xəbər verib ki, Portuqaliya hakimiyyət orqanları iki oliqarxın vətəndaşlıq ərizələrini araşdırır. Onlardan birinin ABŞ sanksiyaları altında olduğu qeyd edilib.

Məlumata görə, xəbəri Portuqaliyanın Ədliyyə Nazirliyi də təsdiqləyib.

Qeyd edək ki, Nisanov iyunun əvvəlində ABŞ sanksiyalarına məruz qalıb. “Forbes” onun sərvətini 1,3 milyard dollar dəyərində qiymətləndirir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR