Logo

160 min pensiya, müavinət və təqaüd təyinatı bu qaydada APARILDI

160 min pensiya, müavinət və təqaüd təyinatı bu qaydada APARILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin yanvar-iyun aylarında 160 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.

“Bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib. Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 minədək təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb”, - qeyd olunub.

160 min pensiya, müavinət və təqaüd təyinatı bu qaydada APARILDI

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR