Səməd Bəşirli yüksək vəzifəyə təyin edildi - SƏRƏNCAM
Kateqoriya məlum deyil
İqtisadiyyat nazirinə yeni müavin təyin olunub.
Sfera.az xəbər verir ki, bu vəzifəyə Səməd Bəşirli təyin olunub. O, bu yaxınlarda işdən çıxarılan Niyazi Səfərovu əvəzləyib.
S.Bəşirli 5 avqust 2020-ci ildən iqtisadiyyat nazirinin müşaviri vəzifəsini icra edirdi.
Qeyd edək ki, daha əvvəl İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-ci il iyunun 22-də Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.(İndex.az)






