Logo

Azərbaycanda hər 113 nəfərə bir mağaza düşür – daha çox mağaza hansı şəhər və rayonlardadır?

Azərbaycanda hər 113 nəfərə bir mağaza düşür – daha çox mağaza hansı şəhər və rayonlardadır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda fəaliyyət göstərən mağazaların sayı ötən il 7 545 ədəd artaraq 90 109 ədədə çatıb.

Sfera.az xəbər verir ki, mağazaların sayı 2017-ci ildə 66 155 ədəd, 2019-cu ildə 82 141 ədəd idi.

Məlumatlara görə, Azərbaycanda hər 113 nəfərə bir mağaza düşür. Beş il əvvəl isə hər 150 nəfərə bir mağaza xidmət göstərirdi. Ölkəmizdə daha çox mağaza Bakı şəhərindədir. Paytaxtda bu ilin əvvəlinə olan məlumata əsasən 24 456 ədəd mağaza fəaliyyət göstərib. Bakıda hər 95 nəfərə bir mağaza düşürdü.

Bakıdan sonra ən çox mağaza Gəncə və Sumqayıtdadır. Gəncədə 5 087 ədəd, Sumqayıtda 5 080 ədəd mağaza fəaliyyət göstərib.

Mağazaların çox olduğu digər yerlərdən Naxçıvan Muxtar Respublikasının (MR) (3 min ədəd), Lənkəranın ( 2 583 ədəd), Şirvanın (2 076 ədəd), Mingəçevirin (2 012 ədəd), Abşeron rayonun (1 915 ədəd) adını çəkmək olar. Azərbaycanda mağazaların ümumi ticarət sahəsi 5,915 milyon kvadrat metr, orta hesabla bir mağazaya düşən sahə isə 65,6 kvadrat metrdir. Maraqlı fakt ondan ibarətdir ki, iri şəhərlərdə olan mağazaların sahəsi digərlərinə nisbətən daha böyükdür.

Məsələn, mağazaların orta ticarət sahəsi Naxçıvan MR-da 30 kvadrat metr, Mingəçevirdə 53,3 kvadrat metr, Lənkəranda 43,7 kvadrat metr, Şirvanda 64 kvadrat metr olduğu halda, Sumqayıtda 67,5 kvadrat metr, Bakıda 84,7 kvadrat metr, Gəncədə 91,4 kvadrat metr, Abşeron rayonunda 94,8 kvadrat metrdir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR