97 yaşlı universitet
BDU-nun Mətbuat və informasiya şöbəsindən Sfera.az-a verilən məlumata görə, ilk tədris ilini tarix-filologiya, tibb fakültələri və 44 müəllimlə başlayan Bakı Dövlət Universiteti 97 illik fəaliyyəti dövründə Azərbaycan elm, təhsil və mədəniyyət tarixində böyük rol oynayıb, BDU-nun məzunları respublikada ali təhsil şəbəkəsinin qurulmasında, elmi məktəblərin genişlənməsində, ziyalı təbəqəsinin formalaşmasında və müstəqil Azərbaycanın çiçəklənməsində xüsusi xidmətlər göstəriblər.
Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.
Fotoları təqdim edirik:










