Hindistanlı milyarder sərvətinə görə Bill Qeytsi qabaqladı
Kateqoriya məlum deyil
Hindistanlı milyarder Qautam Adani Bill Qeytsi qabaqlayaraq dünyanın dördüncü ən varlı adamı olub.
Sfera.az lenta.ru-ya istinadən xəbər verir ki, onun sərvəti 113 milyard dollara qədər artaraq “Microsoft”un həmtəsisçisini (112 milyard dollara malikdir) ötüb.
Bu il hindli maqnat kapital artımında hamını üstələyib. O, 36 milyard dollar varlanıb.
Qeytsin sərvəti isə xeyli azalıb. Belə ki, o, xeyriyyə təşkilatlarına külli miqdarda ianə verib və texnologiya şirkətlərindəki səhmlərini satıb.






