Logo

Bu şəxslər müavinət və təqaüdlə TƏMİN EDİLDİ

Bu şəxslər müavinət və təqaüdlə TƏMİN EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 434 min nəfəri sosial müavinətlə, 362 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 35% çox olmaqla 398 mln. manat, təqaüd ödənişləri üçün 27% çox olmaqla 264 mln. manat sərf edilib.

Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 6 ayında 144,1 min, ümumilikdə ötən dövrdə cəmi 365 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR