Logo

Türkiyəli bloger İrəvanda qondarma abidənin qarşısında "Bozqurd" işarəsi göstərdi - VİDEO

Türkiyəli bloger İrəvanda qondarma abidənin qarşısında "Bozqurd" işarəsi göstərdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkələrdə türkiyəli blogerlərdən birinin görüntüləri yayılıb.

Sfera.az xəbər verir ki, video Ermənistanın paytaxtında lentə alınıb. Türkiyəli bloger Berkay Türkmen İrəvandakı qondarma "erməni soyqırımı" abidəsinin qarşısında çəkilən videosunu yayımlayıb.

O, sözügedən abidənin önündə "Bozqurd" işarəsi göstərib.Blogerin bu görüntüləri sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olub. İstifadəçilər Berkayın cəsarətli addımını yüksək qiymətləndirərək rəğbətlə qarşılayıblar.

Ermənilər onu tapana pul mükafatı vəd ediblər.

Məlumat üçün bildirək ki, “Bozqurd” işarəsi, salamlaşması (çeçələ barmaqlarının irəli uzadılması və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) türkçülüyün, turançılığın simvolu hesab edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR