Daha 10 ailə Ağalıya yola salındı
Kateqoriya məlum deyil
Bu gün daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb.
Sfera.az xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlər Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
Qeyd edək ki, ilk Ağalı sakinləri iyulun 19-da kəndə köçürülüb. İlk mərhələdə 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb. Ümumilikdə isə yaxın günlərdə 41 ailədən 201 nəfərin Ağalıya köçürülməsi gözlənilir.






