Logo

"Gənc Liderlər üçün Yay Universiteti"nin ikinci günü başa çatdı - FOTOLAR

"Gənc Liderlər üçün Yay Universiteti"nin ikinci günü başa çatdı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə "Gənc Liderlər üçün Yay Universiteti" çərçivəsində "Gənc Liderlərin Zirvə Toplantısı" baş tutub.

Sfera.az xəbər verir ki, Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış tədbirindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə tər güllər düzülüb. Sonra isə toplantı öz fəaliyyətinə başlayıb.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Aydın Mirzəzadə, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak edib. Tədbir natiqlərin çıxışlarının ardından sual-cavab formatında qeyri-formal şəkildə davam edib.

"Yay Universiteti"ndə günün ikinci yarısı Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov "Gənclər Fondu: imkanlar, perspektivlər və hədəflər", millət vəkili Aydın Mirzəzadə "Azərbaycan dövlətçiliyinin müasir inkişaf tendesiyaları”, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda "Enerjini Paylaş" devizi ilə komandalar arasında müxtəlif əyləncə proqramları təşkil olunub.

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə layihənin tərəfdaşları olan Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular” MMC, "Az-Granata" kimi biznes subyektlərinə öz təşəkkürünü bildirir.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR