Logo

Məşhur Azərbaycan şirkətinə xanım rəhbər təyin edildi - FOTO

Məşhur Azərbaycan şirkətinə xanım rəhbər təyin edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsinə İdarə Heyətinin sədri vəzifəsinə Natəvan İbrahimova təyin edilib.

Sfera.az xəbər verir ki, Natəvan İbrahimova karyerasına 2005-ci ildə "Veysəloğlu Distribusiya” şirkətində proqram inzibatçısı kimi başlayıb və müxtəlif illərdə büdcələmə və hesabatvermə, xərclərə nəzarət sahələri üzrə rəhbər vəzifələrdə işləyib. O, 2014-cü ildə Maliyyə Direktoru vəzifəsinə yüksəlib. Natəvan İbrahimova eyni zamanda böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupundakı SAP layihəsinə rəhbərlik edib.

Qeyd edək ki, 2016-2022-ci (iyul, 2022) illər ərzində "OBA” marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir. (Qaynarinfo)

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR