Logo

“Sonalar Sonası” restoranı cərimələnəcək

“Sonalar Sonası” restoranı cərimələnəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Binəqədi rayonunda yerləşən “Sonalar Sonası” restoranı məhkəməyə verilib.

Sfera.az məlumatına görə, restoran rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələblərini pozub.

İttihama görə, restoran tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olub. Bu maddəyə görə vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək məbləğdə cərimə edilir.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.(Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR