Logo

MTRŞ ANS-in açılacağı dəqiq vaxtı AÇIQLADI

MTRŞ ANS-in açılacağı dəqiq vaxtı AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.
 
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, N.Məhərrəmli bildirib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.
 
N. Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.
 
ANS TV-nin tezliyinin "Günəş” TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib: 

"Hazırda "Günəş” TV öz tezliyində yayımlanır, digər tərəfdən "Günəş” TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin "Günəş” TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər”.
 
N. Məhərrəmli yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR