STP Şirkətlər Qrupu Azərbaycanda ilk dəfə dizel generatoru istehsal edir - FOTOLAR

STP Şirkətlər Qrupu Azərbaycanda ilk dəfə dizel generatoru istehsal edir - FOTOLAR

Bu gün STP Şirkətlər Qrupu media nümayəndələri üçün istehsalat turu təşkil edib.

Sfera.az bildirir ki, Azərbaycanın 17 aparıcı media qurumundan 30-a yaxın jurnalistin iştirak etdiyi tur zamanı şirkətlər qrupuna daxil olan “STP Global Cable”ın istehsal etdiyi dizel generatorlarının təqdimatı baş tutub. Media üçün istehsal turunda ilk öncə jurnalistlərə SƏTƏM təlimi keçirilib. Daha sonra kabel və dizel generatorlarının istehsalı həyata keçirilən elektrik avadanlıqları istehsalı sahəsi ilə tanışlıq olub. Jurnalistlər ilk olaraq, ümumi istehsalat, daha sonra isə yeni məhsul olan dizel generatorlarının istehsalı prosesini yaxından izləyiblər. Detalların hazırlanmasından avadanlığın hazır məhsul formasına gətirildiyi yığım sahəsinə qədər hər bir detal barədə məlumat verilib.

Qeyd olunub ki, müəssisədə güc diapazonu 15KVA-2000KKVA güc diapazonunda dəyişən dizel generatorlarının istehsalı planlaşdırılır. Şirkət ilkin olaraq, iki model, 27.5 KVA və 55KVA dizel generatorlarını istehsal edib. Məlumata görə, yaxın gələcəkdə modellərin sayı artırılacaq. İstehsal olunan hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır. Həmçinin media nümayəndələri üçün ümumi təqdimat keçirilib. Tədbirin sonunda jurnalistlərə hədiyyələr təqdim edilib.

Xatırladaq ki, Azərbaycanda daha öncə dizel generatorlarının istehsalı həyata keçirilməyib və STP-nin istehsalı ölkə üçün ilkdir.



Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Bu ştatlarda seçki qutuları qoyulub - ABŞ-də erkən səsvermə BAŞLADI

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış bəzi ştatlarda seçicilər səs verməyə başlayıb.  Sfera.az xəbər verir ki, Minn...