Ceyhun Bayramov Stoltenberqlə görüşdü
Kateqoriya məlum deyil
Brüsseldə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı NATO-nun mətbuat xidməti yayıb.
Görüş alyansın baş qərargahında keçirilib.
Xatırladaq ki, Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Belçikada səfərdədir.






