İŞİD-in əsir götürdüyü 49 konsulluq əməkdaşının xilas edilməsi FİLMƏ ÇEVRİLİR
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Rəyasət Heyətinin 2014-cü ildə İraqın Mosul şəhərində təşkil etdiyi əməliyyatda İŞİD tərəfindən əsir götürülən 49 konsulluq əməkdaşının xilas edilməsi ilə bağlı "49" filminin çəkilişlərinə başlanılıb.
Sfera.az xəbər verir ki, kinorejissor Mehmet Canpolat bir ildir üzərində çalışdıqları və "49" adını verdikləri filmin çəkilişlərinin bir həftə əvvəl başladığını bildirib:
“Bəzi dastanlar danışılmağa layiqdir. Türk tarixi belə dastanlarla doludur. Onlardan bəziləri deyilsə də, digərləri dövlətin qeydlərində gizli qaldı və əslində nə baş verdiyini ictimaiyyət öyrənə bilmədi.
Burada biz bu dastanlardan birinin üzərindəki sirr pərdəsini açmağa və “əslində baş verənləri” həm türk xalqına, həm də bütün dünyaya çatdırmağa çalışdıq. Filmimizdə Türkiyə dövlət həyatının ən mühüm əməliyyatlarından birinə işıq saldıq. "49" bir ildən artıqdır ki, üzərində işlədiyimiz layihədir. Filmin çəkilişləri üçün lazımi şərait yaratdıq.
İstanbulda üç günlük çəkilişlərdən sonra komandalarımız Kilisə gəldi. Çəkilişlərimiz Kilis və Qaziantepdə 5 həftə davam edəcək”.
Turan Rzayev