Logo

Polis azyaşlını yanğından belə xilas etdi - VİDEO

Polis azyaşlını yanğından belə xilas etdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Həzi Aslanov metrosunun yaxınlığında çoxmərtəbəli binanın 17-ci mərtəbəsində yanğın baş verib.

Sfera.az xəbər verir ki, yanğın zamanı binada qalan azyaşlı polis tərəfindən xilas olunub.

Polisin fədakarlıq göstərərək uşağı xilas etməsi ilə bağlı təsirli görüntülər ortaya çıxıb:

Bakının Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı binanın 2-ci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 p.m yanıb.

Bu barədə Sfera.az-a FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin çevikliyi sayəsində tüstülənmiş mənzillərdən 9-u uşaq olmaqla 32 nəfər xilas olunub və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR