Logo

“Azərlotereya”nın rəhbəri şirkətin əsas məqsədindən danışdı: "Onları təqaüdlə təmin edirik..."

“Azərlotereya”nın rəhbəri şirkətin əsas məqsədindən danışdı: "Onları təqaüdlə təmin edirik..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"“Azərlotereya” ASC fəaliyyəti ilə ölkə iqtisadiyyatında önəmli rola malikdir. Şirkətin fəaliyyətinin yenidən təşkil olunması ilə əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanan yeni iş imkanlarının yaradılmasına vəsilə olduğumuz üçün çox məmnunuq".

Sfera.az xəbər verir ki, bunu Teleqraf.com saytına müsahibəsində "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu deyib.

Onun sözlərinə görə, qanun qarşısında hesabatlı şirkət olaraq hər zaman əsas amal lotereya oyunlarının qanun çərçivəsində, şəffaf keçirilməsini təmin etməkdir:

"Çox sevinirik ki, bu günə qədər gördüyümüz işlərlə qoyduğumuz məqsədə nail ola bilmişik. İstəyimiz qeyri-neft sektoru sahəsi olaraq ölkə iqtisadiyyatına daha böyük töhfə verməkdir.

Həmçinin vurğulayım ki, şirkətimizin fəaliyyəti beynəlxalq standartlara əsaslanır. “Azərlotereya” ASC Dünya Lotereya Assosiasiyası (WLA), eləcə də Avropa Dövlət Lotereyalar və Toto Assosiasiyasının (The European State Lotteries and Toto Association) üzvüdür. “Azərlotereya” ASC-nin fəaliyyəti hər zaman beynəlxalq standartlara əsaslanır. Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan şirkətimizin fəaliyyəti Dünya Lotereya Assosiasiyasının meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb. Təsadüfi deyil ki, şirkətin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir. Əməkdaşlıq etdiyimiz "Scientific Games" lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Bizim bütün ani lotereya biletlərimiz Böyük Britaniyada "Scientific Games" şirkətində dizayn və çap edilir. Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində də "Scientific Games" kimi Dünya Lotereya Assosiasiyasının (WLA) üzvü olan Fransanın “Akanis Technologies” şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir".

Zafer Reisoğlu həmçinin qeyd edib ki,  “Azərlotereya” ASC vətən uğrunda canlarından keçmiş İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün təqaüd proqramına start verib:

"Fəaliyyətimiz boyunca insan kapitalına önəm verən sosial layihələrin həyata keçirilməsində də yaxından iştirak edirik. Korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində ölkə əhəmiyyətli tədbirlərin tərəfdaşı olaraq, həmçinin baş sponsor kimi qatılaraq dəstəyimizi göstəririk. Bu istiqamətdə sağlam həyat tərzini təbliğ etmək və idmanın inkişafına yönələn “Bakı Marafonu-2022” və jurnalistlər arasında təşkil olunan “Şahmat turniri”ni, eləcə də Azərbaycanda marketinq sahəsinin inkişafına dəstək məqsədilə təşkil edilən “Milli Marketinq Forumu-2022”ni misal çəkə bilərik.

Bunlardan əlavə, “Azərlotereya” ASC "Əmanətə sədaqət" devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün təqaüd proqramına start verib. Şəhid övladlarının parlaq gələcəyi naminə onları təqaüdlə təmin edirik. Proqram Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.

Məqsədimiz şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir.

Belə sosial əhəmiyyətli layihələrə gələcəkdə də davam edəcəyik".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR