Logo

“Yüksəliş” müsabiqəsinin finalına keçən şəxslərin sayı AÇIQLANDI

“Yüksəliş” müsabiqəsinin finalına keçən şəxslərin sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Yüksəliş” müsabiqəsinin finalına 116 nəfər keçib. Onlardan 80 faizi paytaxtın, 20 faizi regionların payına düşür”.

Sfera.az xəbər verir ki, bu fikirləri “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bu gün “Yüksəliş” müsabiqəsinin final mərhələsinin start götürdüyü tədbirdə deyib.

O bildirib ki, finala çıxanlardan 17-si xanımdır:

“Finala keçənlərdən təxminən 60 faizi (66 nəfər) özəl, 40 faiz dövlət sektorunun nümayəndələridir. Finalda 20 nəfərin qalib olması nəzərdə tutulur. Maraqlı yenilik də tətbiq edilib. Hər bir iştirakçının psixoloji portreti də hazırlanacaq və müsabiqə çərçivəsində onun özünə təqdim ediləcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR