Logo

“Vətəndaşlıq alacam, gələ bilmərəm” - Şəhidin anasından etiraf

“Vətəndaşlıq alacam, gələ bilmərəm” - Şəhidin anasından etiraf
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Mənə elə bir kağız versinlər ki, orada oğlumun öldüyü yazılsın. Bu yazını sərhəddə oxuyanlar da məni incitməsinlər”. Bunu azvision.az-a açıqlamasında təmas xəttində şəhid olan İmran Mirzəyevin anası Sevinc Mirzəyevə deyib.

Onun oğlu ilə bağlı səsləndirdiyi fikirləri olduğu kimi təqdim edirik: “Mənim oğlumu Yevlaxda basdırıblar. Türkiyə vətəndaşlığını almağımla bağlı siyahıya yazılmışam və gələ bilmirəm. Bu gün, sabah bəlli olmur. Bir də burada qalma vaxtımdan 7 ay ötüb. Cəzam var. Uşaq əsgərlikdə olduğuna görə, əlimizdə olan qəpik-quruşları uşağa göndərdik. Zəng vurdu ki, ana siqaretim yoxdur. Siqaret pulu göndərdik. Hər həftə olan pulumuzu ona göndərdik. (red - türk mətbuatı 120 lirə (60 manat) göndərdiyini dərc edib). Mənim burada oturum icazəmin vaxtından 7 ay keçib. İcazəni ehtiyatsızlıqdan ala bilmədim.

Yoldaşım Ankaraya zəng vurub. Ordan isə bildiriblər ki, əgər oğlum ölübsə birinci gün zəng edək və sənədləri ilə maraqlanaq. Birinci gün Ankaraya zəng edəcəyik. Əgər birinci gün icazə verilsə, mən ya həmin gün, ya da sabah Azərbaycana gələcəm.

Jurnalistlər konsulluqlara zəng etsinlər, kağız göndərsinlər. Desinlər ki, bu qadının oğlu ölüb sənədləri yerində olmadığı üçün ölkəsinə gedə bilmir. Onlar mənə şərait yaratsınlar ki, Azərbaycana gedən zaman sərhəddə mənə hər hansı bir problem törətməsinlər. Qızlarım gəlməsə də, yəqin ki mən özüm Azərbaycana gedəcəyəm. Azərbaycan-Gürcüstan-Türkiyə sərhəddində məni incitməsinlər.

Əlimə elə bir kağız versinlər və desinlər ki, bunun oğlu ölüb. Məni incitməsinlər. Tək istəyim onlar məni sıxışdırmasınlar. İmran kimi övlad yox idi. O, çox gözəl övlad idi”.

Qeyd edək ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.Yevlax şəhərində dəfn olunub. Valideynləri boşanıb. Daha sonra İmranın anası türk vətəndaşı ilə ailə həyatı qurub.

İmran da bacıları ilə birikdə Türkiyənin Bursa vilayətinə anasının yanına gedib. İmran 2014-cü ildə Azərbaycana qayıdıb könüllü olaraq hərbi xidmətə yollanıb. Təxrisinə 54 gün gün qalmış düşmən gülləsinə tuş gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR