Azərbaycanın Əməkdar artisti Fransanın “Fəxri Legion” ordeninə layiq görüldü

Azərbaycanın Əməkdar artisti Fransanın “Fəxri Legion” ordeninə layiq görüldü

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsuqiçi Adilə Əliyeva ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan "Fəxri Legion” ordeni ilə təltif olunub.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 


Fransa Respublikasının milli bayramı ərəfəsində imzalanan fərmanda bildirilib ki, pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyeva musiqi sahəsində 46 illik xidmətinə əsasən bu mükafata layiq görülüb. 

 

Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva bu xoş xəbərin sevincini dostları ilə bölüşüb:

 

"Əziz dostlar! Məmnuniyyətlə bildirirəm ki, bu gün Fransa Respublikasının Prezidenti Emmanuel Makronun fərmanı ilə mənə kavaler rütbəsi ilə "Fəxri Legion” ordeni verildi”.

 

Bakı şəhərində anadan olan soydaşımız Bülbül adına orta ixtisas musiqi məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılıb. Soydaşımızın konsert proqramına Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və digər Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. O, "Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı” mükafatına layiq görülüb, "Beynəlxalq VILLA-LOBOS” və "Zaqafqaziya” müsabiqələrinin laureatı olub.

 

Hazırda Fransanın Annemas şəhərində yaşayan A.Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 1996-cı ildən etibarən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilir. Fransa və İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır. 

 

"Diasporla İş üzrə Dövlət Komitəsi ölkəmizin həqiqətlərinin və mədəniyyətinin təbliğində fəal iştirak edən hörmətli və sevimli Adilə Əliyevanı bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq, ictimai və diaspor fəaliyyətində davamlı uğurlar qazanmağı arzulayır”, - deyə məlumatda qeyd olunub.  


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...