Logo

Göyçayda yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Xəstəxanalıq olanların ADLARI

Göyçayda yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Xəstəxanalıq olanların ADLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.

Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.

İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür. Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.

İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Artıq yas mərasimində qidadan zəhərlənən şəxslərin adları məlumdur.

Rayonun Hacıağabəyli kənd sakinlərindən zəhərlənən şəxslərin adı aşağıdakılardır:

Eminova Əsli Paşa qızı(1966);

İbrahimova Kifayət Müğdət qızı (1965);

Kərimova Aybəniz İbrahim qızı (1987);

Miriyeva İfrat İdris qızı (1962);

Quliyeva Esmira Rakif qızı (1985);

Nuriyeva Ürfət Etibar qızı (1987);

Quliyeva İlhamə Bəşir qızı (1970);

Quliyeva Nüşabə Bəşir qızı (1979);

Quliyeva Aidə Bəşir qızı (1979);

Digər zəhərlənən şəxslər Yeniarx kənd sakinləridir. Onların adları aşağıdakılardır:

Quliyev Turqut Azər oğlu (2007);

Quliyeva Aydan Azər qızı (2005);

Quliyeva Zeynəb Yengibar qızı (2005);

Quluzadə Gülşən Elsevər qızı (2020);

Quluzadə Ayşən Elsevər qızı (2020);

Xatırladaq ki, zəhərlənən şəxslərin vəziyyəti yaxşıdı, müalicələri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR