“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq
Kateqoriya məlum deyil
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev növbəti dəfə canlı yayımda vətəndaşların suallarını cavablandıracaq.
Sfera.az xəbər verir ki, sözügedən yayım iyulun 15-də saat 15:00-da "Facebook" sosial şəbəkəsi üzərindən baş tutacaq. Vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciətlərini edə bilər.







