Moskvada bomba TƏLAŞI: Ticarət mərkəzləri BOŞALDILDI
Kateqoriya məlum deyil
Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən “Reçnoy” ticarət mərkəzi də daxil olmaqla, bir neçə iaşə obyekti bomba xəbərdarlığı ilə bağlı boşaldılıb.
Sfera.az xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.
Bir neçə ticarət mərkəzinin işçiləri və ziyarətçiləri təxliyə edilib.
Məlumat yoxlanılır. Mütəxəssislər ərazidə iş aparır.






