İsmayıllıdakı yol qəzası ilə bağlı DİN-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
İyulun 11-də saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində Göyçay rayon sakinləri Şükran Cəfərovun idarə etdiyi “VAZ-2104” markalı və S.Hüseynovun idarə etdiyi “Howo” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, nəticədə Ş.Cəfərov və sərnişini olan arvadı V.Novruzova aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.






