Logo

Bakı metrosunun iş rejimi dəyişdi - SƏBƏB

Bakı metrosunun iş rejimi dəyişdi - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın evdə Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün "Bakı Metropoliteni" QSC-nin iş rejimində ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Bu barədə Sfera.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək.

Görüşün oynanılacağı mərkəzi arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Bu xüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.

Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda Ağdam təmsilçisi rəqibinə minimal hesabla uduzub - 0:1.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR