Lənkəranda bina çökdü

Lənkəranda bina çökdü
Lənkəranda taxta konstruksiyalı birmərtəbəli bina çöküb.

Sfera.az Report-a istinadən xəbər verir ki, Səttərxan küçəsi 52 ünvanda yerləşən, ümumi sahəsi 170 kvadratmetr olan binada bir neçə il əvvələdək Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri fəaliyyət göstərib. Hazırda istifadəsiz qalan bina qəzalı vəziyyətdə düşüb.

 

FHN Cənub Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə gələrək, ərazini yoxlayıb və hər hansı xəsarətin olmadığını müəyyənləşdiriblər. Əraziyə girişin qadağan olunmasını bildirən lent çəkilib. Əlaqədar qurumlara məlumat verilib.

 

Xatırladaq ki, sözügedən bina XIX əsrin əvvəllərində lənkəranlı mülkədar Əkbərovlara məxsus mülkün ərazisindəki yardımçı tikili olub. Ərazidəki yerli əhəmiyyətli tarixi abidə hesab olunan qırmızı kərpicli ikimərtəbəli binanın da qəzalı vəziyyətdə olduğu və çökmə ehtimalının artdığı bildirilir.

 
 


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq"...

15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış edib

Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstinin müstəqilliyini tanımağa çağırıblar.   Sfe...

Bakıda skuter sürən qızı maşın vurub öldürdü

Avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.   Bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər...

Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir – Hikmət Hacıyev

“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.”   Sfera.az xəbər verir ki, bunu&nb...

FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer ...

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarınınsayı

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.   Sfera.az&nbs...