Logo

Maşında sıxışıb qalan sürücü belə xilas edildi

Maşında sıxışıb qalan sürücü belə xilas edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bərdə rayonunda qeydə alınan qəzada sürücülər və sərnişinlər möcüzə nəticəsində sağ qalıblar.

Qəza, Bərdə-Yevlax avtomobil yolunun Bərdənin Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rəşad Məmmədovun idarə etdiyi “VAZ-2106” avtomobillə, Rəşad Yadigarovun idarə etdiyi “Mercedes” markalı minik maşını toqquşub.

Toqquşmanın təsirindən “Mercedes”in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücü Rəşad Yadigarov Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən minik maşınından çıxarılıb.

Hər iki avtomobilin xəsarət alan sürücüləri və “VAZ-2106”da olan sərnişin, 27 yaşlı təvəllüdlü Fərqanə Məmmədova Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Avtomobillər isə yararsız hala düşüb. (Region TV)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR